Feb 03 2017 17:57
Ulviyye Sabirqizi
Views: 1303

Azərbaycan ötən il Türkiyəyə 645,633 mln. kVt/saat həcmində elektrik enerjisi satıb.

CBC xəbər verir ki, bunun qarşılığında “Azərenerji” ASC 34,09 mln. ABŞ dolları gəlir əldə edib.

Məlumata görə, Azərbaycan Türkiyəyə elektrik enerjisi satan ölkələr sırasında Bolqarıstan və Yunanısandan sonra üçüncü yer tutub.

Qeyd edək ki, Türkiyə elektrik enerjisini ən çox 2016-cı ilin sentyabrında idxal edib. Həmin tarixdə rəsmi Ankaranın Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan aldığı elektrik enerjisinin ümumi həcmi 477,289 mln. kVt/saat olub ki, buna görə də 24,662 mln. dollar ödəmə həyata keçirilib.

Xatırladaq ki, Türkiyənin adıçəkilən ölkələrdən ötən il aldığı elektrik enerjisinin həcmi 2015-ci ilə nisbətən 17,8% azalıb.

 


Create Account



Log In Your Account