Dec 28 2019 12:41
Elshad Aliyev
Views: 350

Azərbaycan “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında 32 idmançı ilə təmsil oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsinin 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə qurumun rəhbəri İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, idmançılarımız Tokioda idmanın 7 növü üzrə güclərini sınayacaqlar. “Rio 2016” Paralimpiya Oyunlarında 24 atletimiz idmanın altı növü üzrə mübarizə apardı. İndi isə hədəf 7 idman növüdür. Bu il parataekvondo üzrə də lisenziya əldə olundu.


Create Account



Log In Your Account