Dec 13 2019 13:07
Elshad Aliyev
Views: 141

Xəbər verildiyi kimi, Albaniyada noyabrın 26-d baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə Azərbaycan Hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 11-də Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilmiş görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilib.

Xanım səfir ölkəsi adından Azərbaycan Respublikasına yardıma görə təşəkkürünü ifadə edib və ölkələrimizin arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.


Create Account



Log In Your Account