Nov 13 2019 12:10
Elshad Aliyev
Views: 380

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının nəticəsi olaraq, tərəflər arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən razılaşdırılmış müvafiq protokol imzalanıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, sənəddə ticarət, logistika, turizm, enerji və digər sahələrdə  əməkdaşlıq barədə müddəalar öz əksini tapıb.

"İnanırıq ki, ölkələrimiz arasında olan mövcud iqtisadi əməkdaşlıq bu günlərdə həyata keçirilən işlərin nəticəsində daha yüksək səviyyəyə qalxacaq", - deyə nazir qeyd edib.

O həmçinin əlavə edib ki, ötən gün ölkə başçısı İlham Əliyev tərəfindən keçirilən görüşdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə dair tövsiyələr verilib:

"Mən əminəm ki, qarşıdan gələn dövr ərzində biz əməkdaşlığın müxtəlif sahələrində bu irəliləyişi müşahidə edə biləcəyik".


Create Account



Log In Your Account