Mar 30 2017 14:00
Ulviyye Sabirqizi
Views: 1484

Hələlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü barədə hər hansı bir məlumat yoxdur.

CBC-nin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Diplomat bildirib: "Hələlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü barədə bizdə hər hansı bir məlumat yoxdur".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bir neçə gün əvvəl İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin bir aydan gec olmayaraq Moskvada görüşünün hazırlandığı barədə açıqlama vermiş, nazirlərin həmin görüşdə prezidentlərin görüşünün hazırlanması məsələsini müzakirə edəcəklərini bildirmişdi.  


Create Account



Log In Your Account