May 08 2020 18:00
Elshad Aliyev
Views: 174

Bu il AMEA Memarlıq və İncəsənət İnstitutunun yaradılmasının 75 illiyi tamam olur. İnstitutun yubileyi münasibətilə ilin ikinci yarısında “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar mövcud çətinliklərə baxmayaraq institutun kollektivi ev şəraitində konfransa ciddi hazırlaşır, məruzələr üzərində iş aparırlar. Vəziyyətin normallaşacağı təqdirdə xarici ölkələrə konfrans haqqında məlumat məktubu göndərilməsi, Rusiya, Qazaxıstan, Özbəkistan və digər dövlətlərdən mütəxəssislərin tədbirə cəlb olunması planlaşdırılır.


Create Account



Log In Your Account