Jan 16 2017 16:32
Ulviyye Sabirqizi
Views: 1601

Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsalı zavodunun tikintisini müzakirə edirlər.

CBC-nin məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu gün Bakıda təməli qoyulan əczaçılıq zavodu İranla birgə ikinci zavoddur: "İlk zavodun - avtomobil istehsalı üzrə - tikintisinə ötən il Neftçala sənaye məhəlləsində başlanıb".

Qeyd edək ki, "Iran Khodro" ilə Azərbaycanın "Azeurocar" şirkəti İrana məxsus "Dena", "Rana", "Soren" və "Samand" markalı avtomobillər istehsal edəcəklər. Layihə 15 milyon dollar qiymətləndirilir.

 


Create Account



Log In Your Account