Jun 04 2020 15:31
Elshad Aliyev
Views: 167

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun təşəbbüsü ilə Azərbaycan və Rusiyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinin onlayn görüşü təşkil olunub.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu, Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev, Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev, həmçinin Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Almaniyadakı ticarət nümayəndəsi  Andrey Sobolev və  Macarıstandakı ticarət nümayəndəsi Pavel İlyin iştirak ediblər.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişlənməsində, təmsil etdikləri ölkələrin biznes maraqlarının qorunmasında ticarət nümayəndəliklərinin rolu, ticarət nümayəndəlikləri ilə sahibkarların ictimai birlikləri arasında əməkdaşlığın inkişafı və s. məsələlər barədə fikir mübadiləsi aparılıb, bu formatda tədbirlərin tərəfdaşlığın gücləndirilməsində önəmi vurğulanıb və onlayn müzakirələrin davam etdiriləcəyi qeyd olunub.


Create Account



Log In Your Account