Mar 01 2017 10:34
Ulviyye Sabirqizi
Views: 1195

İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

CBC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.

Enerji sahəsində həyata keçirilən layihələrdən danışıldı, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Create Account



Log In Your Account