Jan 26 2021 20:39
Bakhtiyar Hasanov
Views: 80

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yaponiyalı həmkarı İmamura Akira ilə görüşüb.

CBC xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

F.Quliyev həmkarını Gürcüstanda missiyasının başlaması münasibətilə səmimi qəlbdən təbrik edib, ona uğurlar diləyib. O, son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini bildirib.

İ.Akira öz tərəfindən Yaponiya ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin hər iki xalqın və ümumiyyətlə, bölgənin tərəqqisinə xidmət etdiyini vurğulayıb. O, Cənubi Qafqazın Şərq-Qərb nəqliyyat dəhlizində oynadığı mühüm rol üzərində dayanaraq Yaponiya tərəfinin bu imkanlardan faydalanmasında maraqlı olduğunu təsdiq edib.

Bu xüsusda, Azərbaycanla Yaponiya arasında bərqərar olunmuş uğurlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Bölgədə yaradılan yeni reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair əminlik ifadə edilib.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyi ilə bağlı razılıq əldə ediblər.


Create Account



Log In Your Account