Jun 01 2020 16:56
Elshad Aliyev
Views: 147

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) vergilər sahəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi və Dünya Bankı ilə birlikdə həyata keçiriləcək proqramı təsdiq edib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu proqramın həyata keçirilməsi üçün 1,6 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulub. Proqramın məqsədi koronavirus nəticəsində başlayan dünya səhiyyə və iqtisadi böhranın sosial-iqtisadi nəticələrini aradan qaldırmaqdır.

Proqram, həmçinin vergiödəyicilərinin qeydiyyatı üzrə məlumat bazasının dəqiqliyinin artırılması və hökumətin şəffaflığın gücləndirilməsi yönündə gördüyü tədbirləri dəstəkləmək məqsədini daşıyır.

 


Create Account



Log In Your Account