May 05 2020 11:13
Elshad Aliyev
Views: 67

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi artıq təsdiq edib ki, Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları da həmçinin 11 may 2020-ci il tarixində Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edə biləcəklər.

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Uçuş təxminən 230 avroya başa gələcək. Əlavə məlumatlar hələ məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək. Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün 05.05.2020-ci il tarixində, ən gec saat 14:00-dək rk-kontakt@baku.diplo.de elektron poçtuna göndərmələri xahiş olunur. Uçuş yerlərinin tükəndiyi halda Almaniya/Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə, habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək”, - deyə qeyd olunub.


Create Account



Log In Your Account