May 20 2020 11:48
Elshad Aliyev
Views: 136

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 33-cü nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, tarix və antropologiya ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu nömrəsində professor Vidadi Muradovun “Fəxralı” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti (1923-1929-cu illər)” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), akademik İsmayıl Hacıyevin “Mirbağır Mirbağırzadə: din xadimi, məfkurəli demokrat, inqilabçı və tanınmış tədqiqatçı” (AMEA Naxçıvan Bölməsi), filologiya elmləri doktoru Ramazan Siracoğlunun “Şirvanın Şilyanı var” (Karabük Universiteti, Türkiyə), dosent Gülçin Abdullayevanın “Azərbaycan əl xalçalarının tədqiqinə və kataloqlaşdırılmasına bir yanaşma haqqında” (AMEA İdarəetmə sistemləri İnstitutu), tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadənin “Qarabağ bölgəsinin ilk orta əsr qəbir abidələri” (Gəncə Dövlət Universiteti) və s. kimi materiallar yer alıb.

Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/ saytında tanış ola bilərlər.

 


Create Account



Log In Your Account