Mar 18 2020 10:59
Elshad Aliyev
Views: 42

Sabahdan Azərbaycana idxal edilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

Qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

 


Create Account



Log In Your Account