May 14 2020 16:43
Elshad Aliyev
Views: 182
  • 2014-2019-cu illərdə Azərbaycana Meksika pivəsinin idxalı mühüm dərəcədə artmışdır: 1,593%.
  • Meksika tekilasının idxalı isə 2014-2019-cu illər ərzində 557% çoxalmışdır.

Meksika içkilərinin Azərbaycana ixracı əhəmiyyətli şəkildə artmışdır. Son illər ərzində həm tekila, həm də Meksika pivəsinin ixracı çoxalmışdır. Bu Meksika Səfirliyinin müxtəlif tanıtım və dequstasiya tədbirləri vasitəsilə azərbaycanlı idxalçılar və distribütorlar arasında keçirdiyi təsviqat üzrə intensiv işin nəticəsidir.

CBC xəbər verir ki, Meksikanın Azərbaycandakı Səfirliyinin açıldığı 2014-cü ildən 2019-u ilə qədər tekila ixracında 557% mühüm artım qeydə alınmışdır. Beləliklə, 2014-cü ildə ixrac dəyəri 136 min dollar olduğu təqdirdə, 2019-cu ildə bu göstərici 896 min dollar təşkil etmişdir. Bu isə o deməkdir ki, son beş il ərzində orta illik tekila ixracı təxminən 400 min dollar dəyərində idi. Yalnız 2018-2019-cu illər müddəti ərzində tekilanın iştirakı 169% artmışdır.

Xatırladaq ki, tekila Meksikanın dünyaya bir hədiyyəsidir. Yalnız 2019-cu il ərzində Meksika 315.7 milyon litr tekila istehsal etmiş, ümumi istehsalın 80% dünya ölkələrinə ixrac etmişdir (245.8 milyon litr).

Oxşar vəziyyət Meksika pivəsinə də aiddir. 2014-2019-cu illər müddətinə aid rəqəmlər Meksika pivəsinin Azərbaycana ixracının əhəmiyyətli dərəcədə - 1,593% artdığını göstərir.

Bu sahədə Meksikanın sənaye gücü qeyd olunmalıdır, belə ki, Meksika dünya üzrə pivənin əsas ixracatçısı və dördüncü istehsalçısıdır.

Öncəki rəqəmlər artan ikitərəfli münasibətlərin və Azərbaycanın yüksək keyfiyyətli Meksika məhsullarına dair marağının göstəricisidir.

 


Create Account



Log In Your Account