May 21 2020 17:16
Elshad Aliyev
Views: 181

Azərbaycan Respublikasında 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 87 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2340 nəfər müalicə olunaraq sağalmış, 44 nəfər vəfat etmiş, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılmışdır. 


Create Account



Log In Your Account