Feb 01 2019 11:55
Naile Hesenova
Views: 174

“Bu gün dünyada müşahidə edilən qrip, mövsümü qripdir. Bu, Avropa ölkələrində də, Gürcüstanda da, Azərbaycanda müşahidə edilir”.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı "donuz qripi" lə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

O bildirib ki, bu qrip insanlarda müşahidə edilən İnfA (H1N1) pdm09-dur:

 

"Hazırda Azərbaycanda A/H1N1 virusu var, amma bu yeni virus deyil və bu virus artıq "donuz qripi" də adlandırılmır. "Donuz qripi" deyilən qrip yoxdur.

İnsanlarda müşahidə edilən virus insani qrip, donuzlarda müşahidə edilən "donuz qripi"dir. "Donuz qripi" donuzdan insana keçdikcə və insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya olub. Həmin zaman yeni virus yaranaraq insanlara keçmişdi. Son pandemiyanı yaradan Inf A/H1N1 pdm09 olub".

 

H.Harmancı qeyd edib ki, dünyada mövsümü qripi yaradan A(H1N1) və H3N2 viruslardır. "Bu il Gürcüstanda müşahidə edilən A/H1N1 virusudur. Dünyada bu gün mövsümü qrip geniş yayılıb və Azərbaycanda da müşahidə edilir.

 

Viruslardan qorunmaq üçün gigiyenik qaydalara əməl emək, peyvəndlərdən istifadə etmək vacibdir. Əsasən də risk qrupuna daxil olan şəxslər- 6 aydan yuxarı 5 yaşa qədər uşaqlar, xroniki xəstəlikləri olan insanlar, hamilə qadınlar, 65 yaşdan yuxarı insanlsr, səhiyyə işçiləri peyvəndlərdən istifadə etməlidir".

 

 


Create Account



Log In Your Account