Apr 17 2020 18:07
Elshad Aliyev
Views: 181

Azərbaycanda "TM Unit 2020" şirkəti tərəfindən avtomatlaşdırılmış İnsan Dezinfeksiya Cihazı (Human Disinfection System) hazırlanıb.

APA xəbər verir ki, avadanlıq iki hissədən ibarətdir. Birinci hissə əlləri, ikinci hissə isə üst geyim və baş hissə də daxil olmaqla 360 dərəcə dezinfeksiya edir. Dezinfeksiya cihazın hər iki tərəfindən püskürtmə yolu ilə edilir.

Avadanlıq tam avtomatlaşdırılıb və xüsusi sensorlar sayəsində 3-5 saniyədə şəxsin həm əllərini, həm də üzərini heç bir toxunma olmadan tam dezinfeksiya edir. 

Qeyd edək ki, İnsan Dezinfeksiya Cihazının 100 litrlik  çən tutumu var. Cihaz bir dolumuna  4000 şəxsi dezinfeksiya edir. 


Create Account



Log In Your Account