Mar 10 2020 13:01
Elshad Aliyev
Views: 52

Azərbaycanda banklardan kənarda olan nağd pul kütləsinin həcmi 2020-ci il fevralın 1-nə 9 266,7 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, yanvarın 1-nə nisbətən bu göstərici 234,4 mln. manat və ya 2,5% az, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 971,8 mln. manat və ya 27% çoxdur.

Qeyd edək ki, geniş mənada pul kütləsi (M3) ilin əvvəlindən 335,9 mln. manat və ya 1,2% azalaraq 2020-ci il fevralın 1-nə 28 530,4 mln. manat təşkil edib.

 


Create Account



Log In Your Account