Jun 24 2020 09:40
Elshad Aliyev
Views: 52

Bu ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 463 min ton az olub.

Məlumata əsasən, respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları bloku, 1,6 mln. tonu (kondensat) "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb. Hesabat dövründə SOCAR üzrə hasilat 3,1 mln. ton təşkil edib.


Create Account



Log In Your Account