Jun 03 2021 16:58
Elshad Aliyev
Views: 133

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5769 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 920 089 təşkil edir.


Create Account



Log In Your Account