Jun 24 2021 17:02
Elshad Aliyev
Views: 118

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 010 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 146 350, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 034 554, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 111 796 təşkil edir.

 


Create Account



Log In Your Account