Aug 07 2020 17:25
Elshad Aliyev
Views: 127

Azərbaycan Respublikasının rəhbərliyi, habelə hökuməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prokurorluğunun da üzv olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin quruma üzv olan Avropa ölkələrinin hökumətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilib və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc olunub.

Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilmiş operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə əksini tapıb. O cümlədən qeyd edilib ki, əhaliyə maddi yardım verilib, vətəndaşların sağlamlığının qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilib, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilərək istifadəyə təqdim olunub.

Həmçinin COVID-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq, vətəndaşlardan daxil olan ərizə və şikayətlərin Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçirilmiş səmərəli inzibati tədbirlər də xüsusi vurğulanıb.


Create Account



Log In Your Account