May 18 2020 18:00
Elshad Aliyev
Views: 152

Mayın 18-də Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər vəfat edib.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, ümumi yoluxmaların sayı 3387-yə çatıb, sağalanların sayı 2055, müalicəsi davam edən xəstələrin sayı 1333 nəfərdir.

İndiyədək yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 235 min 910 test aparılıb.

Onun sözlərinə görə, qadağalar götürülən kimi yoluxmaların sayı artıb.


Create Account



Log In Your Account