Dec 29 2019 13:51
Elshad Aliyev
Views: 142

Azərbaycanda idmanın sürətli inkişafı Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Bunu Azərbaycan Atletika Federasiyasının baş məşqçisi Bəhruz Salehli AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılmasını minnətdarlıqla xatırladan B.Salehli bu təltiflərin dövlətimizin başçısının idmançıların və idman mütəxəssislərinin əməyini daim yüksək qiymətləndirməsinin növbəti göstəricisi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti ənənəvi olaraq hər il idmançılarla yanaşı, məşqçiləri və idman xadimlərini də müxtəlif mükafatlar, o cümlədən mənzillər, fəxri adlar və s. ilə təltif edir. Bütün bunlar idmançıları və biz məşqçiləri yeni uğurlara həvəsləndirir. Təsadüfi deyil ki, bu diqqət və qayğı nəticəsində idmançılarımızın qazandıqları medalların sayı ildən-ilə artır. Prezident İlham Əliyev idmançılarla görüşdə də bildirdi ki, idmançılarımızın “Rio 2016”da qazandığı uğurlar tarixi nailiyyətdir. Həmin Olimpiya Oyunlarında Azərbaycan medal sayına görə 14-cü yerdə qərarlaşdı. Bu nəticə bilavasitə Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılara verdiyi dəstək sayəsində əldə olundu”.

“Prezident İlham Əliyev istəyir ki, Azərbaycan dünya çapında çox güclü dövlət olsun. Güclü dövlətin idmanı da güclü olmalıdır. Buna görə də Azərbaycanda dövlət tərəfindən idmana xüsusi diqqət yetirilir. Azərbaycanda irimiqyaslı yarışların keçirilməsi və ölkəmizdə güclü idman infrastrukturunun yaradılması bunu sübut edən amillərdəndir. Ölkə idmanına göstərdiyi bu yüksək diqqət və qayğıya görə bütün məşqçilər və idmançılar adından Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirirəm”, - deyə B.Salehli xüsusi vurğulayıb.


Create Account



Log In Your Account