Apr 20 2020 14:12
Elshad Aliyev
Views: 93

Bu il aprelin 1-nə əsasən Azərbayacanda qeydiyyatda olan xarici müəssisələrin sayı 11 897 təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici ölkədə xarici müəssisələrin sayının ötən ilin eyni dövrünə nisbətən 3 224 və ya 37% artmasını göstərir.

Rəsmi statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə isə xarici müəssisələrin sayında 752 və ya 6,8% artım müşahidə olunub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,9% artaraq 2020-ci il aprelin 1-i vəziyyətinə 149 051 olub.


Create Account



Log In Your Account