Apr 22 2020 11:07
Elshad Aliyev
Views: 90

Aprelin 21-nə olan məlumata əsasən, 342 436 fermerin “Fermer kartı”na 157,78 mln. manatdan çox subsidiya köçürülüb. Bunu “APA-Economics”ə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) deyiblər. 

Agentlikdən bildirilib ki, ümumilikdə bu günədək 344 471 fermer kartı sifariş olunub ki, onlardan 324 996-sı fermerlərə paylanılıb.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 484 326 fermer qeydiyyatdan keçib. EKTİS-də qeydiyyatdan keçirilən təsərrüfatların ümumi sayı isə 599 571-yə çatıb. Fermerlərdən 357 570-i payızlıq əkinlərini bəyan edib ki, onlardan 335 434-nün bəyanı təsdiqlənib. Ümumilikdə bu günədək EKTİS-də 983 180 hektar payızlıq əkin məlumatı bəyan edilib.


Create Account



Log In Your Account