Apr 07 2020 09:46
Elshad Aliyev
Views: 73

Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 176 nəfər əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.


Create Account



Log In Your Account