Jun 09 2021 16:55
Elshad Aliyev
Views: 132

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 239 nəfər müalicə olunaraq sağalıb, 68 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min 626 nəfər müalicə olunaraq sağalıb, 4948 nəfər vəfat edib. Aktiv xəstə sayı 2343 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 589 min 231 test aparılıb. Bugünkü test sayı isə 8158-dir.


Create Account



Log In Your Account