Aug 10 2020 17:28
Elshad Aliyev
Views: 115

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 278 nəfər sağalıb, 79 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib. Aktiv xəstə sayı 2513 nəfərdir.

Ötən müddət ərzində 790 min 141 test aparılıb. Bugünkü test sayı isə 5015-dir.


Create Account



Log In Your Account