May 06 2020 18:04
Elshad Aliyev
Views: 130

"Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə bir gündə xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür". 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, bu rəqəm dəyişən rəqəmdir: "Qeyd olunan rəqəm marta dayanan rəqəmdir. Bu xərclər xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim, maska və həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur".


Create Account



Log In Your Account