Dec 02 2019 10:47
Elshad Aliyev
Views: 737

Bu ilin noyabrın ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 23 413,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 23,7 mln. manat və ya 0,1% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi cari ilin əvvəli ilə müqayisədə 1 543,1 mln. manat və ya 7,1%, ötən ilin analoji tarixi ilə müqayisədə isə 1 410,4 mln. manat və ya 6,4% artıb.

 


Create Account



Log In Your Account