Jan 26 2017 13:05
Ulviyye Sabirqizi
Views: 1802

Sabahdan Azərbaycanda məktəblilərinin qış tətili başlayır.

CBC-nin xəbərinə görə, qış tətili 5 gün (27-31 yanvar) davam edəcək. Yanvarın 28-29-nun şənbə və bazar gününə təsadüf etməsinə baxmayaraq, məktəblilərin qış tətili günlərində heç bir dəyişiklik olunmayacaq.

Qış tətili ilə Azərbaycan məktəblərində birinci yarım il başa çatır. Fevralın 1-dən isə ölkə məktəblərində ikinci yarım il başlayır və iyunun 14-dək davam edəcək.

Xatırladaq ki, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də yekunlaşacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

 


Create Account



Log In Your Account