Apr 23 2020 10:48
Elshad Aliyev
Views: 52

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan mənzil bazarında ötən ilin sonuncu rübü ilə müqayisədə ucuzlaşma, eyni dövrünə nisbətən cüzi bahalaşma müşahidə olunub.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı mənzil bazarında qiymət indekslərinə istinadən xəbər verir. 

Rəsmi statistikaya əsasən, 2020-ci ilin I rübündə mənzil bazarında qiymət indeksi 2019-cu ilin IV rübü ilə müqayisədə 99,8%, o cümlədən ilkin mənzil bazarı üzrə 100%, təkrar mənzil bazarı üzrə 99,8% təşkil edib.

2020-ci ilin I rübündə mənzil bazarında qiymət indeksi 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 100,1%, o cümlədən ilkin mənzil bazarı üzrə 99,1%, təkrar mənzil bazarı üzrə 100,1% təşkil edib.


Create Account



Log In Your Account