Jun 24 2020 11:06
Elshad Aliyev
Views: 45

Ölkədə neft hasilatı azalıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-may aylarında Azərbaycanda 15,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 463 min ton az olub.

Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 milyon ton təşkil edib.

 


Create Account



Log In Your Account