Apr 22 2020 17:08
Elshad Aliyev
Views: 146

Pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi ilə bağlı ölkə ərazisində internet tutumlarına tələbat iki dəfə artıb. Bunu “APA-Economics”ə “Delta Telecom” şirkətinin baş direktoru Ramazan Vəliyev deyib.

Onun sözlərinə görə, artan tələbatı nəzərə alaraq “Delta Telecom” müştəriləri üçün tutumları təmənnasız olaraq artırıb.

“Hazırda bütün dünyada internet çatışmazlığı yaranıb. Misal üçün İran tərəfinin bizə dəfələrlə müraciət edilməsinə baxmayaraq, biz tranzit olaraq trafiki alıb ötürə bilmirik. Çünki Rusiya və Avropa operatorları qiymətləri qaldırıb. Bu tələbatın kəskin artımı ilə bağlıdır. Əlbəttə ki, bu, birmənalı olaraq bizim də xərclərimizin artımına səbəb olub. Digər tərəfdən yüklənmələri də nəzərə alsaq, istifadə olunan avadanlıqlarda daha böyük tutumların ötürülməsi təmin olunur və əlavə olaraq biz daha böyük avadanlıqlar almalıyıq. Avadanlıq istehsalı dayandırıldığı üçün isə onların da qiymətləri artıb”, - deyə R. Vəliyev qeyd edib. 

Şirkət rəhbəri əlavə edib ki, “Delta Telecom” tərəfindən qiymət artımının qarşısını almaq üçün bütün tədbirlər görülüb və hazırkı tariflər saxlanılır. 


Create Account



Log In Your Account