Apr 11 2018 08:10
Naile Hesenova
Views: 45

Bu gün Azərbaycanda prezident seçkiləri günüdür. Seçki məntəqələri səhər saat 08:00-dan açılıb və səsvermə prosesinə start verilib. Proses ölkə ərazisində 125 Dairə Seçki Komissiyası üzrə 5 min 641 məntəqə seçki komissiyasını əhatə edəcək. Seçki məntəqələrindən 41-i ölkə xaricində yaradılıb. Ümumilikdə səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 314 min 365 nəfərdir.
Onlar prezident kürsüsü uğrunbda mübarizəyə qoşulan 8 namizədə səs verəcəklər. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc  və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur.
Azərbaycanda keçirilən prezident seçkilərini 61 beynəlxalq təşkilat və 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfədrdir. Onlardan min 969-u Mərkəzi Seçki Komissiyasında, 56 min 206-sı Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib. Dairə seçki komissiyalarında qeydiyatdan keçən müşahidəçilər 12 siyasi partiyanın və 65 qeyri hökumət təşkilatının təmsilçisidir. 13 mindən  artıq vətəndaş öz təşəbbüsü ilə seçkinin müşahidəsi prosesinə qoşulub. Seçkidə 4 təşkilat “Exit-poll” keçirəcək. Onlardan 2-si prosesi ABŞ və Fransa təşkilatı ilə birgə həyata keçirəcək. Seçkidə şəffadlığı təmin etmək üçün min məntəqədə Veb-kamera quraşdırılıb. Bu isə prezident seçkilərinin gedişini evi tərk etmədən, internet vasitəsilə izləmək imkanı yaradır. Bu kameralar vasitəsi ilə istənilən şəxs hətta Azərbaycandan kənarda yaşayanlar belə seçki prossesini müşahidə edə biləcək. Fiziki məhdudiyyətli vətəndaşlarım seçkidə iştirakı üçün də tədbirlər görülüb. Hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılan və şərait yaradılmış seçki məntəqələrinin sayı min 455-dir. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir Məntəqə Seçki Komissiyası Brayl əlifbası ilə tərtib olunmuş azı 2 trafaret forması ilə təmin olunub. Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00-da ilkin məlumatları açıqlayacaq. Səsvermə prosesi saat 19:00-da rəsmən başa çatacaq. Seçki məntəqələri bağlanan andan etibarən səslərin sayılmasına başlanacaq. Azərbaycanda keçirilən Prezident seçkilərini 118 beynəlxalq kütləvi informasiya təmsilçisi izləyəcək.

 


Create Account



Log In Your Account