Mar 24 2021 11:19
Elshad Aliyev
Views: 160

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), beş ölkədə: Azərbaycan, Qırğızıstan, Moldova Respublikası, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinə nəzarət dəstəyini gücləndirmək üçün üç illik layihəyə başlayıb.

FAO-dan AZƏRTAC-a verilən məlumata görə, layihə texniki biliklərin təmin edilməsi, müvafiq dövlət orqanları və özəl sektor tərəfdaşları arasında əməkdaşlığın təşviq edilməsi və eləcə də layihənin benefisiar ölkələrı arasında regional əməkdaşlığı inkişaf etdirilməsi ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi vasitəsilə qida nəzarətinin gücləndirilməsi təşəbbüslərinə dəstək verməyi hədəfləyir.

“Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” adlı layihə FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlıq Proqramı (FTPP II) dəstəyi ilə Türkiyə Hökuməti tərəfindən maliyyələşdirilir. Layihə qida təhlükəsizliyinə nəzarəti, yuxarıda sadalanan ölkələrdəki mövcud risklərə qarşı mübarizəni gücləndirməyi və prioritet olaraq qida təhlükəsizliyinə dair bütün məsələləri həll etmək üçün dövlət və özəl sektor nümayəndələri üçün əlverişli bir mühiti təmin etməyi hədəfləyir. Eyni zamanda, layihəyə daxil olan ölkələrdə daha əhatəli və səmərəli qida təhlükəsizliyi sistemlərinin yaradılmasını dəstəkləyərək, dəlillərə əsaslanan qida təhlükəsizliyi nəzarətinin həyata keçirilməsinə üstünlük verəcək və aqro ərzaq ticarətinə və bazarın inteqrasiyasına dəstək göstərəcəkdir. Layihə üç il davam edəcək (1 yanvar 2021 - 31 dekabr 2023).

Layihə çərçivəsində, təsərrüfat sahəsindən süfrələrə qədər effektiv qida nəzarəti sisteminin, qida tədarükü zəncirinin bütün mərhələləri və iştirakçılarını müxtəlif faydalarla təmin edilməsi planlaşdırılır.


Create Account



Log In Your Account