Feb 18 2020 12:35
Elshad Aliyev
Views: 63

Azərbaycanda yaxın vaxtlarda qızıl emalçıları assosiasiyası yaradılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Agentlik bu məsələ ilə bağlı müxtəlif sahibkarlarla görüş keçirib və assosiasiyanın qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunub.

"Yaxın iki həftə ərzində assosiasiya qeydiyyatdan keçəcək. Bu əlamətdar bir hadisə olacaq, çünki qurum dövlət orqanları və sahibkarlar arasında körpü rolunu oynayacaq", - deyə O. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə fəaliyyət göstərəcək işçi qrupun yaradılması da qərara alınıb və bu qrupda Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, KOBİA-nın, "AzerGold"un və yeni assosiasiyanın nümayəndələri təmsil olunacaqlar: "Hesab edirəm ki, bizim növbəti işimiz sahə üzrə rüsumların azaldılması olacaq ki, bundan həm sahibkarlar yararlansın, həm də itirilən bazar qaytarılsın".


Create Account



Log In Your Account