Jun 15 2021 15:23
Elshad Aliyev
Views: 140

Bu ilin iyunun 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 268,8 min nəfər olub, onlardan 4 908,2 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,2%, məşğul əhalinin sayı isə 0,14% artıb.

Cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 678,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 913,6 min nəfər, qeyri-dövlət sektorunda isə 764,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 645,7 min nəfər çalışıb.

 


Create Account



Log In Your Account