Apr 15 2020 14:34
Elshad Aliyev
Views: 79

Hər bir dövlətin gücü mürəkkəb, çətin vəziyyətdə attdığı atdığı müdrik addımlarla, qabaqlayıcı tədbirlərlə, eləcə də hadisələri nəzarətdə saxlamaq imkanları ilə ölçülür. Azərbaycan öz gücünü, heç kimdən və heç nədən asılı olmadığını koronavirus pandemiyası ilə mübarizədə bir daha ortaya qoydu. Ötən ili köklü islahatlarla başa vuran vuran Azərbaycan bəşəriyyətin bəlasına çevrilən epidemiya həyəcanına, iqtisadi çətinliyə baxmayaraq, 2020-ci ilə də uğurla start verib. Azərbaycanda islahatların davam etdirilməsinin nəticələri göz önündədir. Ölkəmizdə vaxtında qabaqlayıcı tədbirlərin görülməsi və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan hökuməti hər zaman olduğu kimi, bu bəla ilə mübarizədə də öz gücünə arxalanır. “Azərbaycanda vaxtında bütün qabaqlayıcı tədbirlər görüldü. Dövlətimiz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün imkanlarını səfərbər etdi. Bütün xəstələr, karantində olanlar dövlətin himayəsindədir. Əsas məqsəd odur ki, ölkəmiz bu qlobal bəladan az itki ilə çıxsın, vətəndaşların sağlamlığı qorunsun”, - deyə komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, hətta ən yüksək inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, bu bəladan heç kim sığortalanmayıb. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilmir. Aprelin 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü bir daha sübut etdi ki, ölkəmiz nəinki öz gücünə arxalanır, hətta başqa ölkələrə də yardım əlini uzadır.

Q.Paşayeva qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət, mövcud şəraitdə atdığı addımlar xalqın, dövlətin maraqlarına uyğundur və Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki nitqində dövlətimizin başçısı bildirdi ki, iqtisadi fəallıq və insanların sağlamlığı arasında seçim etmək lazım gələrsə, mənim seçimim birmənalı olaraq insanların sağlamlığıdır. Deyilənlər, Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının, onun sağlamlığının, rifahının dayandığını deməyə əsas verir.

Milli Məclisin komitə sədri əminliklə qeyd edib ki, epidemiya təhlükəsi bitdikdən sonra cari ildə də davamlı olaraq dərin, geniş islahatlar aparılacaq və ölkə iqtisadiyyatı daha da inkişaf edəcək, yeni iş yerləri açılacaq.

Deputat Azərbaycanın inkişafını gözü götürməyən bəzi daxili və xarici qüvvələrdən də danışaraq deyib: “Təəssüflər olsun ki, Azərbaycanın inkişafını istəməyən “5-ci kolon”un nümayəndələri hər vəchlə bizə mane olur, müstəqilliyimizə zərər vurmaq istəyirlər. Əminəm ki, xalq-iqtidar birliyi bu cür qüvvələrin arzularının yerinə yetməsinə mane olacaq və xalq öz liderinin, rəhbərinin ətrafında daha da sıx birləşəcək”.

Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilərə” toxunun deputat bildirib: “Bu “seçkilərlər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilərdən” sonra aparıcı beynəlxalq təşkilatlar, bir sıra ölkələr bu “seçkiləri” tanımadıqlarını açıq-aydın bəyan etdilər. Bu beynəlxalq təşkilatlar “seçkiləri” tanımayaraq bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qənirə Paşayeva, həmçinin Avropa Şurasında cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələrin ölkəmizə düşmən gözü ilə baxdıqlarını qeyd edib”.

Bu gün Azərbaycanın dünyanın ən nüfuzlu platformalarında təmsil olunduğunu vurğulayan Qənirə Paşayeva deyib: “Azərbaycanı tanıyırlar, hörmət edirlər. Ölkəmiz bu nüfuza müstəqil siyasət yürütməklə nail olub. Azərbaycan Prezidenti iştirak və çıxış etdiyi mötəbər tədbirlərdə xalqın mənafeyini ifadə edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında inamlı və ardıcıl mübarizə aparır. Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın etməklə bərabər, təcavüzkarların uzun illər ərzində uydurduğu yalanlara son qoydu”.


Create Account



Log In Your Account