Nov 29 2019 12:22
Elshad Aliyev
Views: 487

Milli Məclisin bu gün keçirilən iclasında Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.


Create Account



Log In Your Account