Dec 04 2019 10:12
Elshad Aliyev
Views: 212

Dekabrın 7-si və 9-da İtaliyanın “Nazaret” sosial kooperativlər cəmiyyətinin təşkilatçılığı və bu ölkənin Azərbaycandakı səfirliyinin dəvəti ilə Azərbaycana səfər edəcək “Shah Scia Orchestra”, “EgoMuto”, “Danza Mobile” qruplarının, habelə milanlı müğənni və pianoçu Silviya Zarunun konsertləri təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, konsertlər “Fərqli bacarıqlar” beynəlxalq festivalı çərçivəsində keçiriləcək. Əsas məqsəd fiziki məhdudiyyətləri nəzərə alınmadan insanların bacarıqlarını tanıtmaqdır.

Dekabrın 7-dəki tədbirdə fərqli bacarıqlara sahib insanların işləri nümayiş olunacaq.

Dekabrın 9-da isə daun sindromlu bir qrup azərbaycanlı uşaqla birlikdə hazırlanmış tamaşa ictimaiyyətə təqdim ediləcək. Bu tədbir İtaliyanın Azərbaycandakı səfirliyi, Heydər Əliyev Fondu və YUNİSEF-in birgə əməkdaşlığı ilə həyata keçiriləcək.


Create Account



Log In Your Account