Apr 27 2020 16:41
Elshad Aliyev
Views: 138

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 33 yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb.


Create Account



Log In Your Account