Dec 19 2019 13:36
Elshad Aliyev
Views: 148

Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Qafqazda Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında olacaq.

Hazırda respublika ərazisində RSXM-in 35 daimi seysmik stansiyası var. Bundan başqa “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiya işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində, ümumilikdə, 84 seysmik stansiya fəaliyyət göstərəcək.

Qeyd edək ki, RSXM-də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.


Create Account



Log In Your Account