Mar 17 2020 15:34
Elshad Aliyev
Views: 129

Pakistanın Azərbaycandakı səfirliyi “COVID-19” pandemiyası ilə əlaqədar konsulluq xidmətini dayandırdığını açıqlayıb.

Səfirlikdən bildirilib ki, "COVID-19” virusunun yayılması ilə əlaqədar və Azərbaycan hökumətinin qabaqlayıcı addımlarını nəzərə alınaraq Səfirliyin konsulluq xidmətinin fəaliyyəti martın 30-dək dayandırılır.

Fransanın Azərbaycandakı səfiri Zaxari Qros isə Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib. Səfir müraciətində bildirib ki, ölkəsində sağlamlıq vəziyyətinin çətin olduğunu vurğulayıb, koronavirus pandemiyasının Azərbaycandan da yan keçmədiyini qeyd edib: “Sizi yerli hakimiyyət orqanlarının verdiyi göstəriş və tövsiyələrə hörmət etməyə çağırırıq. Fransa səfirliyi, rəsmi saytında mövzuya dair rəsmi və təsdiq edilmiş məlumatları dərc edir.

Fransaya qayıtmaq üçün kömək və ya sağlamlığınızda problem olacağı təqdirdə (+994 12) 490 81 00 nömrəli telefonla əlaqə saxlayın. Suallarınızı cavablandırmaq üçün səhər saat 09:00-dan 18:30-a dək telefon xətti fəaliyyətədir”.

Z. Qros qeyd edib ki, səfirlik açıqdır, lakin onun fəaliyyəti sağlıqla bağlı protokola uyğunlaşdırılıb.

“Belə ki, ofisdə daha az olmaq və mümkün qədər telekommunikasiya vasitələrindən istifadəyə diqqət ayrılıb. Sizə cəsarət və dözümlülük diləyir, vəziyyət imkan verdiyi ən qısa zamanda yenidən görüşəcəyimizə ümid edirəm", - deyə səfir müraciətində qeyd edib.


Create Account



Log In Your Account