Nov 07 2019 11:45
Elshad Aliyev
Views: 39

Ötən ay Gürcüstan Azərbaycandan 3,7 min ton neft bitumu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

Aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə idxal olunan neft bitumunun həcmi 1,8 min ton artıb. Hesabat ayında Azərbaycanın Gürcüstanın ümumi neft bitumu idxalındakı payı 18,7% təşkil edib.

Oktyabr ayında Gürcüstan, ümumilikdə, 19,8 min ton neft bitumu tədarük edib ki, bu da aylıq müqayisədə 0,2 min ton azdır.

Neft bitumunun 10,7 min tonu və ya 54%-i İrandan alınıb. Ötən ay Gürcüstan İraqdan 5,2 min ton, Türkiyədən 0,1 min ton neft bitumu alıb.

Yanvar-oktyabr aylarında isə qonşu ölkə 150,3 min ton neft bitumu idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 87,6% artıb.


Create Account



Log In Your Account