Apr 20 2020 12:35
Elshad Aliyev
Views: 56

Əlli doqquz ölkədə olan 25 min Türkiyə vətəndaşı “Türk Hava Yolları” tərəfindən Türkiyəyə təxliyə ediləcək.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq vətəndaşı “Türk Hava Yolları” tərəfindən 195 uçuş həyata keçiriləcək.

Almaniyadan 3 269, Səudiyyə Ərəbistanından 2 201, ABŞ-dan 1632, Böyük Britaniyadan 1559, Küveytdən 1463, Əlcəzairdən 1200, Ukraynadan 863, İraqdan 861, Fransadan 696, Azərbaycandan 662, Hollandiyadan 648, Kanadadan 543, Şimali Kiprdən 540, Birləşmiş Ərəb Əmirliklərindən 538, Polşadan 488, İspaniyadan 455, Rusiyadan 380, Şimali Makedoniyadan 394, Qırğızıstandan 352 və İsveçrədən 341 nəfər Türkiyəyə gətiriləcək.

Bundan başqa, Belçika, Malta, Misir, İrlandiya, Moldova, Macarıstan, Rumıniya, Çexiya, Kosova, Albaniya, Bəhreyn, Serbiya, İtaliya, İsveç, İordaniya, Oman, İran, Sudan, Avstriya, Slovakiya, Mərakeş, Tailand, Çernoqoriya, Danimarka, Qana, Seneqal, Benin, Qatar, Efiopiya, Somali, Mavritaniya, Niger, Keniya, Banqladeş, Pakistan, Malayziya, Sinqapur, Hindistan və Bosniya və Herseqovinadan da Türkiyə vətəndaşları öz ölkələrinə təxliyə ediləcəklər.


Create Account



Log In Your Account