Jun 09 2021 09:54
Elshad Aliyev
Views: 101

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə iyunun 9-da saat 10:00-da “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün plener keçiriləcək.

AZƏRTAC xəbər verir ki, plenerdə şəkil çəkmək üçün “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən uşaqlardan bir qrupu dəvət olunub.

Xatırladaq ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festivalın məqsədi rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.

Festival çərçivəsində plenerlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Plenerlər Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunacaq.


Create Account



Log In Your Account