May 13 2020 15:22
Elshad Aliyev
Views: 61

Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində daha 6 nəfərdə koronavirus aşkarlanıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, son olaraq 31 nəfər koronavirus testindən keçirilib, nəticələrdən 6-sı müsbət çıxıb.

Koronavirus aşkarlanan şəxslərdən dördü bir ailənin üzvüdür. Bu ailənin daha bir üzvündə bir neçə gün əvvəl virus aşkarlanmışdı.

Digər iki nəfər isə işğal altında olan Kəlbəcər rayonunun koronavirus aşkarlanmış sakinləri ilə təmasda olmuş şəxslərdir.

İndiyədək işğal altında olan ərazilərdə koropnavirusa 20 yoluxma faktı aşkarlanıb, 8 nəfər sağalıb.


Create Account



Log In Your Account